XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2019 - 21:48

Türkiyədə azərbaycanlı tələbələr qəzaya düşdü- 4 yaralı

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr icarəyə götürdükləri avtomobillə qəza törədiblər.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb.

21 yaşlı Fərid Ağazadənin idarə etdiyi avtomobil yol kənarındakına daşa çırpılaraq yaxınlıqdakı tarlaya yuvarlanıb.

Tanınmaz hala gələn avtomobildə olan sürücü Fərid Ağazadə və 3 dostu ağır xəsarət alıblar. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub.