XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 January 2016 - 18:37

Rusiya Ermənistandakı aviabazasında qırıcıların [color=red]təlim uçuşlarına başladı

Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı "Erebuni" aviasiya bazasında gənc pilotların "MiQ-29" qırıcılarında uçuş təlimi başlayıb.

"Report" xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, pilotlar ilk dəfə sərbəst şəkildə "MİQ-29" döyüş təyyarələrinin dördüncü nəslində dəniz səviyyəsindən 4-5 km yüksəklikdə uçuş tapşırıqlarını yerinə yetiriblər.

Təlim zamanı təyyarəçilər 30-dək 10 saatdan artıq uçuş edəcəklər. Bu il fevralın ortalarında keçiriləcək təlimdə isə onlar daha mürəkkəb tapşırıqları yerinə yetirəcəklər.