XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2019 - 00:17

Türkiyə millisinin baş məşqçisi:"Qardaş Azərbaycanda medal qazandığımız üçün çox sevinirik"

Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Ölkəniz bu festivala yüksək səviyyədə ev sahibliyi edir. Qardaş ölkədə üçüncü yer tutduğumuz üçün sevincliyik. Azərbaycanda azarkeşlər bizə hər oyunumuzda dəstək oldular. Bakıda idman arenaları, məşq zallarında yaradılan şəraitdən razıyıq. Qaldığımız Atletlər Kəndi çox gözəldir və bizim üçün hər cür imkan yaradılıb. Bütün bunlara görə təşkilatçılara, azarkeşlərə minnətdarlığımızı bildiririk.

Bunu Türkiyənin voleybol üzrə milli komandasının baş məşqçisi Özkan Gönülaçar AZƏRTAC-a müsahibəsində deyib.

Festival çərçivəsində keçirdikləri oyunlar barədə danışan baş məşqçi qrupda güclü rəqiblərlə mübarizə apardıqlarını bildirərək deyib: “Qrupda iki komanda növbəti mərhələyə yüksələcəkdi. Festivalın ilk günündə Belarusla oyunda məğlub olsaq da, qrupdan çıxacağımıza inamımızı itirməmişdik. Odur ki, festivalın ikinci və üçüncü günlərində İtaliya və Almaniya ilə oyunlarda qələbə qazanmağı bacardıq. Yalnız yarımfinalda güclü Rusiya komandası ilə görüşdə komandamız yaxşı mübarizə aparsa da, təcrübəsizlikdən uduzdu. Azərbaycandan Türkiyəyə medalla qayıtmağı çox istəyirdik. İtaliya kimi güclü komandanı məğlub edərək medal qazana bildiyimiz üçün çox sevinirik”.

Xatırladaq ki, iyulun 27-də Türkiyənin voleybolçu qızları üçüncü yer uğrunda görüşdə İtaliya millisinə qalib gələrək bürünc medallara sahib olublar.