XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2019 - 11:22

Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatları davam edir –DSX

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam edir.

Bu barədə  Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

2019-cu ilin 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqa­mət­dən döyüş mövqe­lərimiz və arxa istiqa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atə­şə tutul­muşdur.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.