XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 İyul 2019 - 12:55

Sabah hava necə olacaq? –PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Strateq.az-a  verilən məlumata görə, şimal-qərb  küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 22-25°, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz  31-33°  isti  təşkil edəcək. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək.   Nisbi rütubət  gecə 60-70 %, gündüz 45-55 %  olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraitinə gəlincə, sabah şimal-qərb  küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.

İyulun 29-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir.  Dağlıq ərazilərdə leysan xarakterli olacağı,  dolu düşəcəyi ehtimalı var.  Gündüz əksər rayonlarda əsasən yağmursuz. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  32-37° isti, dağlarda gecə 12-17° isti,   gündüz  19-24°  isti təşkil edəcək.