XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

28 İyul 2019 - 16:29

Ruhani:İran Fars körfəzinin dənizçilik üçün etibarlı yol olmasına çalışır

İran İslam Respublikası Oman körfəzi, Fars körfəzi və Hörmüz boğazının beynəlxalq dənizçilik üçün etibarlı və təhlükəsiz yol olmasına çalışır.

Bunu İran Prezidenti Həsən Ruhani Omanın xarici işlər naziri Yusif Bin Ələvi ilə görüşdə deyib.

H.Ruhaninin sözlərinə görə, regionda xarici qüvvələrin iştirakı təhlükəsizliyə kömək etməyəcək. O bildirib ki, xarici qüvvələrin iştirakı bölgədə gərginliyin əsas səbəbidir:

“Böyük Britaniyanın İrana məxsus neft tankerini Cəbəllütariq boğazında saxlaması qeyr-qanunidir və Britaniya üçün heç bir faydası olmayacaq”. /Trend