XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2019 - 21:12

Türkiyə DİN:xüsusi təhlükəli terrorçulardan biri zərərsizləşdirilib

Türkiyənin Ağra vilayətində “narıncı” kateqoriyasına salınan PKK terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, Jandarma Komandalığının Tendurek dağı bölgəsində həyata keçirdiyi əməliyyat çərçivəsində iki PKK terrorçusu zərərsizləşdirilib.

Zərərsizləşdirilən terrorçulardan birinin adının “narıncı” kateqoriyasına daxil edilən “Ağır” ləqəbi ilə çağırılan Uğur Arslan olduğu bildirilir. /Trend