XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2019 - 13:14

FHN:"Xəzərdə batan 12 yaşlı oğlanın meyiti tapılıb"

İyulun 28-də Abşeron rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2007-ci il təvəllüdlü İbadullayev Elman Telman oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Strateq.az-a verilən məlumata görə, E.İbadullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.