XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2019 - 16:43

Səhiyyə Nazirliyi:qatarın taksini vurması nəticəsində xəsarət alanlar evə buraxılıb

Bakının Zirə qəsəbəsində (Qala yolu) qatarın taksini vurması nəticəsində xəsarət alan iki nəfərə təcili tibbi yardım tərəfindən qoyulan ilkin diaqnoz təsdiqini tapmayıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza zamanı xəsarət alan 22 yaşlı qız və 20 yaşlı oğlanda qapalı kəllə-beyin travması aşkarlanmayıb.

Qeyd olunub ki, onların vəziyyətləri normaldır: “Ambulator müalicəyə buraxılıblar”.