XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2016 - 11:12

Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq [color=red]müavinət artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 avqust tarixli 3079 nömrəli Sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılır.