XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 İyul 2019 - 13:42

“Türk Hava Yolları” 47 istiqamətdə endirim kampaniyasına start verir- Detallar

Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” bu ilin noyabr ayının 1-dən 2020-ci ilin 31 mart tarixinə qədər endirim kampaniyası elan edir. 47 istiqaməti əhatə edəcək endirim kampaniyasının biletlərini 7 avqust tarixinə qədər əldə etmək mümkündür. Vergilər biletlərin qiymətlərinə daxildir.

Endirimli qiymətlərdən yararlanaraq ekzotiv Maldiv, Mavriki, Bali və Seyşel adalarını, həmçinin, THY tərəfindən yeni açılmış Marrakeş, Mexiko və Kankun istiqamətlərini kəşf edə bilərsiniz. Bu istiqamətdə uçuşların qiymətləri 499-699 Avro aralığındadır.

Bundan başqa, ABŞ-ın Vaşinqton, Boston, Hyuston, Atlanta, San-Fransisko, Los-Anceles and Mayami şəhərləri də endirimli kampaniya siyahısında yer alıb. Qeyd olunan istiqamətlərdə biletlərin qiymətləri 599-719 Avro aralığında dəyişir.

Latın Amerikasına səyahət etmək istəyənlər Buenos-Ayres, San-Paulu, Boqota, Havana, Panama, Karakas şəhərlərinə avqustun 7-nə kimi 699 Avro ödəməklə səfər edə bilərlər.

Kampaniya çərçivəsində Uzaq Şərqi seçənlər 479-599 Avro ödəməklə Pekin, Honkonq, Tokio, Seul, Kuala Lumpur, Manila, Sinqapur, Banqkok, Phuket, Hanoy və ya Hoşimin şəhərlərindən birinə səyahət edə bilərlər.