XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

30 İyul 2019 - 14:07

Zakir Həsənov Pakistana başsağlığı verdi –Təyyarə qəzası ilə bağlı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayata, Ordu komandanı general Qamar Caved Bacvaya və Federal Müdafiə naziri Pervez Xattaka başsağlığı ünvanlayıb.

Strateq.az Müdafiə Nazirliyinə istinadla həmin başsağlığınə təqdim edir:

“Hərbi təyyarənin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.