XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 July 2019 - 17:24

İranın hərbi gəmiləri də Azərbaycana gəldi –FOTO

İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri iyulun 30-da Bakıya gəliblər.

Strateq.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, səfərdə məqsəd Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində baş tutacaq “Dəniz Kuboku” müsabiqəsində iştirak etməkdir.

Xatırladaq ki,  “Beynəlxalq Ordu Oyunları-2019” avqustun 3-dən 17-dək keçiriləcək.

Qeyd edək ki, bu gün Qazaxıstanın hərbi gəmiləri də Bakıya gəlib.