XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

30 İyul 2019 - 18:56

Polis yaşlı kişinin həyatını belə xilas etdi –VİDEO

Bakının Qaradağ rayonu ərazisində yol polisləri gün vuran vətəndaşın həyatını xilas ediblər.

Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, yolu keçmək istəyən zaman yaşlı kişinin halı pişləşib və o, magistral yolun ortasında yıxılıb.

Bu zaman mülki avtomobildən düşən bir şəxs ona yaxınlaşır, kömək etmək istəyir. Dərhal hadisə yerinə 99 YP 258 dövlət nömrə nişanlı YPX avtomobildə xidmət aparan Qaradağ rayon DYPŞ-nin əməkdaşları gəlirlər.

YPX əməkdaşları halı pisləşən şəxsi patrul avtomobilinə qoyaraq xəstəxanaya çatdırıblar.

Trend