XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

30 İyul 2019 - 22:25

“Dandolk”un baş məşqçisi Bakıda:"Növbəti mərhələ üçün əlimizdən gələni edəcəyik"

“Uzun səyahət oldu. Hər şey yaxşıdır. Az sonra meydana çıxıb məşq edəcəyik. Komandamız matça hazırdır. Məşqdən sonra iclas olacaq”.

Bu fikirləri İrlandiyanın “Dandolk” klubunun baş məşqçisi Vinni Pert “Qarabağ” ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində deyib.

43 yaşlı mütəxəssis “Dalğa Arena”da baş tutan mətbuat konfransında bildirib ki, birinci oyundakı heç-heçədən (1:1) sonra “Qarabağ” daha yaxşı vəziyyətdədir: “Bizim bir arzumuz var. Rəqibə qarşı rəqabət aparmaq istəyirik. Növbəti mərhələ üçün əlimizdən gələni edəcəyik”.

Məşqçi Ağdam təmsilçisinin topa daha çox nəzarət edən tərəf olacağını vurğulayıb: “Daha keyfiyyətli hücumlar etməyə çalışacağıq. Sabahkı matç çox vacibdir. Penaltilərə hazırıq. Nəzərə alsaq bundan öncəki mərhələdə penalti seriyasında qələbə qazanmışıq. Bu baxımdan bizdə təcrübə var. Düşünürəm ki, sabahkı matçın taleyi 90 dəqiqə ərzində həll olunacaq”.

Qeyd edək ki, iyulun 31-də “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Dandolk” matçı saat 21:00-da başlayacaq/Report.