XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2019 - 10:15

Çin vətəndaşları üçün vizasız rejim tətbiq ediləcək –İranda

İran hakimiyyəti Çin vətəndaşları, habelə ölkənin xüsusi inzibati bölgələri – Hong Kong və Makao sakinləri üçün vizasız rejimi tətbiq edib.

Bu barədə “Sinxua” agentliyi bildirib.

Məlumata əsasən, İrana turist olaraq və ya işgüzar səfərdə olan Çin pasportlarının sahibləri 21 gün ərzində vizasız qalmaq hüququna malikdirlər.

Bu yenilik birtərəfli qaydada tətbiq edilir: İran vətəndaşları hələ də ÇXR-ə səfər etmək üçün bütün sənədləşmə və prosedurlarından keçməlidirlər. /Trend