Pakistanın Kvetta şəhərində bazarda partlayış olub.
Hadisə nəticəsində beş nəfər həlak olub, daha 34 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Partlayışın məqsədi polis maşınının olduğu ehtimal edilir: o tamamilə məhv edilib.
Bundan əlavə motosikllərə, avtomobillərə və yaxınlıqdakı mağazalara da ziyan dəyib. /Oxu.az