XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2016 - 15:24

Bakı-İstanbul aviareysi [color=red]təxirə salındı

Yanvarın 17-də İstanbulda gözlənilən fırtınalı hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları” (THY) Bakı-İstanbul aviareysini təxirə salıb.

Azərtac xəbər verir ki, bu barədə “Türk Hava Yolları”nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumata görə yanvarın 17-də İstanbul Atatürk Aeroportundan həyata keçirilən uçuşlar fırtınalı hava şəraiti ilə əlaqədar təxirə salınıb. Kəskin hava şəraiti ilə əlaqədar THY sabah üçün ümumilikdə 45 aviareysi müvəqqəti dayandırıb.

Xatırladaq ki, yanvarın 16-na nəzərdə tutulan İstanbul-Bakı aviareysi də təxirə salınıb.