XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

31 İyul 2019 - 16:22

Sabiq nazir:“Gürcüstana səfər edən azərbaycanlı turistlər yüksək büdcəli deyillər”

“Larinin dəyərdən düşməsinin əsas faktorlarından biri Rusiya ilə münasibətlərin gərginləşməsi və ölkəyə səfər edən turistlərin sayının azalmasıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia “Palitranews” telekanalında yayımlanan “360 dərəcə” proqramında bildirib.

Onun sözlərinə görə, vəziyyət sabitləşməsə, larinin uzuclaşması davam edəcək.

G.Kobulia deyib ki, Gürcüstanın yarım milyondan çox rusiyalı turist itirməsi ilə bağlı risk var: “Ötən il Rusiyadan Gürcüstana yarım milyon turist gəlib. Onların xərcləri orta səviyyədən yüksəkdir. Azərbaycan və Ermənistandan Gürcüstana səfər edən turistlər yüksək büdcəli deyillər. Rusiyalı turistlərdən fərqli olaraq, onlar az pul xərcləyirlər”.