XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

31 İyul 2019 - 20:08

“Qarabağ” və “Dundalk” komandalarının start heyətləri açıqlanıb

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 31-də “Qarabağ” və “Dundalk” komandaları arasında keçiriləcək cavab qarşılaşması üçün start heyətlər açıqlanıb.

AZƏRTAC xəbər verir ki, “Dalğa Arena” stadionunda keçiriləcək görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Ailton Silva, Miçel, Riçard Almeyda, Filip Ozobiç, Abdulla Zubir, Mahir Emreli və Xayme Romeo yer alıblar.

“Dundalk”ın heyətində isə meydana Qari Rocers, Şon Qennon, Şon Hoare, Kris Şildz, Maykl Daffi, Patrik Hoban, Ceymi MakQret, Patik MakEleni, Deyn Massey, Robbi Benson, Endi Boyl çıxacaqlar.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Svein Oddvar Moen olacaq.

Qeyd edək ki, İrlandiyadakı ilk qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. “Qarabağ” komandası “Dundalk” səddini keçərsə, üçüncü təsnifat mərhələsində Kiprin APOEL klubu ilə görüşəcək. Ağdamlılar məğlub olacaqları təqdirdə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Slovakiyanın “Slovan” klubu ilə üz-üzə gələcəklər.