XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2019 - 23:17

Abşeron və Sumqayıtın bir hissəsinə elektrik enerjisi verilişi dayandırılıb

Abşeron rayonu və Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.

“Report”un məlumatına görə, Xırdalan şəhəri Quşçuluq massivi, Abşeron rayonu Masazır qəsəbəsi, Məhəmmədi Kəndi, Sumqayıtın Yaşıldərə yaşayış massivində 2 saatdan artıqdır elektrik enerjisi təchizatı kəsilib.

Məlumata görə, fasilənin yaranma səbəbi Xırdalan elektrik yarımstasniyasından çıxan və qeyd edilən əraziləri qidalandıran 6000 kVt-luq gava ötürücü xətrin zədələnməsidir.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a bildirib ki, hazırda qurumun əməkdaşları hadisə yerinə cəlb edilib və qarşıdakı 1 saat ərzində elektrik enerjisinin verilişi bərpa ediləcək.