XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Yanvar 2016 - 21:00

İran Fransa şirkətiylə anlaşdı – [color=red]114 ədəd “Airbus” alır

axundi-1.jpg

İran və Fransanın “Airbus” təyyarə istehsalçısı şirkəti arasında 114 ədəd təyyarənin satın alınması haqqında razılaşma əldə olunub. Bunu İranın yol və şəhərsalma naziri Abbas Axundi deyib. 

APA-nın İran bürosunun məlumatına görə, A.Axundi qeyd edib ki, bu anlaşma ölkənin təyyarə parkının yenilənməsi məqsədi ilə əldə olunub.

Onun sözlərinə görə, xarici aviaşirkətlər İranın təyyarə parkının yenilənməsi prosesində lizinq əsasında əməkdaşlıq edə biləcəklər. İranın yol və şəhərsalma nazirinin sözlərinə görə, dünyanın böyük sığorta şirkətləri ilə də bu sahədə müzakirələr aparılıb.

Qeyd edək ki, noyabr ayında İranın yol və şəhərsalma naziri Abbas Axundi ölkənin təyyarə parkının dünyanın ən köhnə aviasiya donanması olduğunu demişdi və bildirmişdi ki, onun yenilənməsi üçün İrana 50 milyard dollar dəyərində 500 təyyarə lazımdır. Amma bu qədər maliyyə resursu İranda yoxdur.

O, hökumətin nəqliyyat sektorunda, xüsusi ilə aviasiya sənayesində yerli və əcnəbi şirkətlər arasında müştərək şirkətlərin təsis olunması, lizinq və birbaşa satış şəklində əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdi.