XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2016 - 05:30

İrana qarşı sanksiyaların ləğvinə dair Avropa İttifaqının qərarı rəsmən [color=red]qüvvəyə mindi

ai-iran.jpg

Avropa İttifaq təşkilatın rəsmi dərgisində Aİ Şurasının İran üzərindən bütün iqtisadi və maliyyə sanksiyalarının götürülməsinə dair qəbul etdiyi qərarı dərc edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bununla da Aİ-nin qəbul etdiyi qərar artıq rəsmi qüvvəyə minmiş hesab edilir.  

Məlumatda qeyd olunur ki, İrana qarşı sanksiyalar yanvarın 16-dan –  Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın saziş üzrə (İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Tədbirlər Planı) bütün tələbləri yerinə yetirməsi barədə hesabatın dərc olunduğu gündən ləğv edilir.  

Şura xatırladır ki, Aİ-nin İrana qarşı tətbiq etdiyi sanksiyalar 2013-cü ilin noyabrında Tehran və “altılıq” arasında aparılan danışıqlar prosesi çərçivəsində qismən dayandırılıb. 2015-ci ilin iyulunda Vyanada razılaşmanın əldə olunması nəticəsində Aİ yeni Birgə Hərtərəfli Tədbirlər Planının reallaşdırılması üçün zəruri hazırlıq işlərini həyata keçirmək məqsədilə sanksiyaların dondurulması müddətini 2016-cı ilin yanvarın 14-dək uzadıb.