XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

01 Avqust 2019 - 12:00

İranda narkotik əməliyyatı:3 narkotik qaçaqmalçısı öldürüldü

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində keçirilən əməliyyat nəticəsində 3 narkotik qaçaqmalçısı öldürülüb.

Bunu İranın Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə orqanının polis rəisi Məhəmməd Qənbəri polis informasiya agentliyinə açıqlamasında deyib.

M.Qənbərinin sözlərinə görə, narkotik qaçaqçılarla baş verən silahlı insidentdə bir qaçaqmalçı öldürülüb. Hadisə yerinə baxış keçirilərkən 832 kq tiryək, 4 ədəd Kalaşnikov avtomatı və bir ədəd Colt tapançası aşkarlanıb. Qalan qaçaqmalçılar bir avtomobillə hadisə yerindən qaçıblar. /Trend