XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

01 Avqust 2019 - 14:56

Azərbaycan tankçıları döyüş maşınlarının texniki vəziyyətini yoxlayıb –Müdafiə Nazirliyindən açıqlama

“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız onların istifadəsinə verilən döyüş maşınlarına baxış keçiriblər.

Strateq.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, tank heyətləri və texniki dəstək qrupu döyüş maşınlarının mühərrikləri, idarəetmə sistemləri və rabitə vasitələrinin texniki vəziyyətini yoxlayıblar. Komandalar tankın ştat silahından yoxlama atışları da icra ediblər.

Püşkatmanın nəticələrinə əsasən 23 komandanın iştirakı ilə keçiriləcək “Tank biatlonu” müsabiqəsində Azərbaycan tankçıları avqustun 3-də yarışlara başlayacaqlar.

Final estafeti avqustun 17-də keçiriləcək.