XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

01 Avqust 2019 - 16:29

Qubada toy karvanı qəzaya uğradı:6 nəfər yaralandı + Adlar

Qubada toy karvanında xəsarət alanların şəxsiyyətləri məlum olub.

Hadisə rayonun Qələdüz kəndi ərazisində baş verib.

Şadlıq sarayı istiqamətində hərəkət edən toy karvanının önündə gedən “Niva” markalı avtomobilə qarşı tərəfdən yüksək sürətlə gələn “VAZ-2107” markalı avtomobil çırpılıb. Nəticədə, 2-si qadın olmaqla, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar, rayonun Üçgün kənd sakinləri- Qəmbər Babayev (1966), Sahibə Babayeva (1966), Küpçal kənd sakinləri- Sənubər Səfərova, Alim Qədirov (1984), Qələdüz kənd sakinləri- Təranə Əlixanova (1961), Tərlan Əlimirzəyevdir (1992).

Yaralılara Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, müvafiq şöbələrə yerləşdirilib. Xəstələrin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır/Report.