XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

01 Avqust 2019 - 19:44

Azərbaycanda kosmos üzrə tədqiqatçıya dair tələblər müəyyənləşib- Dəyişiklik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyası “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, kosmos üzrə tədqiqatçı elmi işçi qismində Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əlavə edilib.

Kosmos üzrə tədqiqatçıların əməyi 12-16 dərəcə ilə ödənəcək. Kosmos üzrə tədqiqatçı fizika-riyaziyyat, astronomiya və astrofizika, göy mexanikası, kosmologiya və kosmonavtika sahələri, fundamental, elmi texniki proqramlar üzrə tətbiqi və eksperimental tədqiqatların aparılmasında başqa təşkilatlarla birgə tapşırıqların yerinə yetirilməsində iştirak edir. Başa çatdırılmış tədqiqatların və işlərin elmi ekspertizasını aparır. Elmi kadrların hazırlanmasında və ixtisaslarının artırılmasında iştirak edir. Elmi tədqiqat və təcrübə-konstruktor işlərinin, hazırlanacaq konstruksiyaların texniki tapşırıqlara, standartlara, təhlükəsizlik texnikası normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini, eləcə də onların standartlaşmış vahid normaya salınmış hissə və yığım vahidlərindən istifadəsini təmin edir.

Kosmos üzrə tədqiqatçı kosmik aparatların uçuş nəzəriyyəsinin əsaslarını, geodeziya və aerodinamikanın əsaslarını, ehtimal nəzəriyyəsi və riyazi statistikasının əsaslarını, optimal idarəetmə nəzəriyyəsini, kosmik aparatların uçuş modelinin qurulmasını və ballistik hesablamalar üçün riyazi üsulların verilməsini, proqramlaşdırma, telekommunikasiya və informasiya texnologiyalarının əsaslarını, kosmos sahəsinin müasir texnologiyasını, elm və texnikanın nailiyyətlərini, müasir təcrübəni, tədqiqat metodlarını, işin yerinə yetirilməsinin qayda və şərtlərini, işlənib hazırlanan və istifadə olunan texniki vasitələrin iş prinsipini, orbital stansiyalarda həyata keçirilən müxtəlif eksperimentləri, yerüstü və orbitə çıxarılmış avtomatlaşdırılmış tədqiqat aparatlarında istifadə edilən teleskoplar, datçik və sensorları, əlaqə sistemlərini, avtomatlaşdırılmış planetlərarası stansiyaların (kosmik zondlar) iş prinsipini; texniki hesabatların aparılması metodlarını, texniki və konstruktiv xüsusiyyətlərini, bu sahədə ölkədaxili və xarici elmi nailiyyətləri, müəssisədaxili intizam qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını bilməlidir.

Ödəniş dərəcələrinə ixtisas tələblərinə magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili daxildir. Əməyinin ödəniş dərəcələri aşağıdakı qayda ilə müəyyənləşir:

12-ci dərəcə: 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda; əlavə təhsili olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda; tamamlanmış təhsili olmaqla 1 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda;

13-cü dərəcə: 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda; əlavə təhsili olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda; tamamlanmış təhsili olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda;

14-cü dərəcə: (kosmos üzrə aparıcı tədqiqatçı) 9 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda; əlavə təhsili olmaqla 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda; tamamlanmış təhsili olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda;

15-ci dərəcə: (kosmos üzrə baş tədqiqatçı) 12 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda; əlavə təhsili olmaqla 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda; ali təhsildən sonra tamamlanmış təhsili olmaqla 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda; fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda;

16-cı dərəcə: (kosmos üzrə baş tədqiqatçı) tamamlanmış təhsili olmaqla 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda; fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi və 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda; elmlər doktoru elmi dərəcəsi və elmi adı və 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı olduqda.