UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Tbilisidə keçirilən cavab oyununda “Qəbələ” “Dinamo”ya böyük hesabla uduzub.
Strateq.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissəsində hesab açılmayıb.
İkinci hissədə isə gürcülər 3 cavabsız qol vuraraq, qalib gəliblər.
Bununla da ümumi hesabda 5-0 uduzan “Qəbələ” turnirlə vidalaşıb.
Qeyd edək ki, Qəbələdəı keçirlən ilk oyunda da gürcü komandası 2-0 hesabı ilə qalib gəlmişdi.