XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2016 - 15:36

Sabiq deputatlar maaşlarını[color=red] ala bilmirlər

Milli Məclisin sabiq deputatları maaş ala bilmirlər.

Belə ki, parlamentin səlahiyyət müddəti bitmiş və təkrar seçilməyən üzvləri onlar üçün nəzərdə tutulan maaşı (deputat maaşının 80%-i) ala bilmirlər.

Milli Məclisdən onlara bildirilib ki, spiker Oqtay Əsədov məzuniyyətdədir. Ona görə də maaşların verilməsi ləngiyir.

Məlumatı sabiq deputatların bir neçəsi Musavat.com-a təsdiqləyib.

Qeyd edək ki, sabiq deputatlar sonuncu dəfə noyabr ayının 12-sinə qədər olan maaşları alıblar.