XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Avqust 2019 - 20:55

“Neftçi” –“Bney Yehuda” oyununu fransalı hakimlər idarə edəcəklər

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” –“Bney Yehuda” oyununa hakim təyinatları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşmanın idarə olunması fransalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Kərim Abed olacaq. Ona Hişam Zakrani və Mikael Berçebru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək.

Xatırladaq ki, avqustun 8-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyunu saat 21:00-da başlayacaq.