XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

03 Avqust 2019 - 13:01

Ağsuda baş verən zəlzələ ilə bağlı məlumat yayıldı- Seysmoloji Xidmət Mərkəzi

Ağsu rayonunda zəlzələ olub.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RXSM) Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, yeraltı təkan 3 bala qədər hiss olunub:

“RSXM-in saytında texniki problem yaranıb. Ağsuda baş verən zəlzələ ilə bağlı bildirmək istəyirik ki, zəlzələ elə də güclü deyil. Bu gün yerli vaxtla 08:50-də Pirqulu stansiyasından 8 km qərbdə – Ağsu ərazisində dərinlik 13 km, ml=3.5 zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və ətraf rayonlarda 3 bala qədər hiss olunub”.