XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Avqust 2019 - 20:34

İnstagram və WhatsApp-ın adı dəyişəcək

İnstagram və WhatsApp tətbiqlərinin adına “Facebook” dəqiqləşdirməsi əlavə ediləcək.

Trend-in məlumatına görə, yenilənmiş ad Apple və Google Play-da, eləcə İnstagram və WhatsApp tətbiqlərin daxilində əks olunacaq.

Mobil cihazların ekranında tətbiqlər eyni adlar altında qalacaq.

Facebook sözçüsü Berti Tomsonun sözlərinə görə, bu cür tədbirlər İnstagram və WhatsApp şirkətə aid olduğunu göstərəcək.