XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Avqust 2019 - 00:22

Fransa Super Kubokunun qalibi müəyyənləşib

Çinin Şençjen şəhərində PSJ və “Renn” komandaları arasında Fransa Super Kuboku uğrunda oyun keçirilib.

“Report”un məlumatına görə, “Lungan – Universiad Sports Center” stadionunda təşkil olunmuş qarşılaşma Paris təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Hesabı 13-cü dəqiqədə “Renn”in yarımmüdafiəçisi Adrien Enu açıb. 57-ci dəqiqədə Kilian Mbappe bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə 73-cü dəqiqədə Anxel Di Mariya qoyub.

Beləliklə, PSJ 9-cu dəfə Fransa Super Kubokunu qazanıb.