XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

04 Avqust 2019 - 22:00

Əfqanıstanda partlayış olub:iki nəfər həlak olub

Əfqanıstanda maqnit əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində ən az iki nəfər həlak olub, üç nəfər xəsarət alıb.

Bu barədə “TOLOnews” telekanalı bildirib.

Məlumata əsasən, hadisə Kabul şəhərinin Taymani rayonunda baş verib. Bildirilir ki, hücumda hədəf içərisində “Khurshid TV” özəl televiziya şəbəkəsinin işçiləri olan avtobus olub.

Telekanalın iki əməkdaşı xəsarət alıb. /Trend