XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Avqust 2019 - 12:15

Gürcüstanda NATO hərbi təlimi davam edir –FOTO

Gürcüstanda NATO üzvü və tərəfdaşı olan 14 ölkədən hərbi qulluqçuların iştirak etdiyi “Agile Spirit – 2019” (Çevik Ruh – 2019) çoxmillətli hərbi təlimləri davam edir.

Təlimin ssenarisinə uyğun olaraq 2 saatlıq uçuş şəraitində keçirilən hava evuakasiyası məşqlərində ABŞ Hərbi Hava qüvvələrinə məxsus C130 təyyarəsindən istifadə edilib. Gürcüstan Müdafiə Nazirliyi bu ssenaridə hərbi tibbi təlimin Gürcüstanda ilk dəfə keçirildiyini qeyd edib.

Qeyd edək ki, sayca 9-cu olan “Agile Spirit – 2019” hərbi təlimi avqustun 9-da başa çatacaq. 3000 hərbi qulluqçunun iştirak etdiyi builki təlimlərin məqsədi iştirakçı ölkələr arasında hərbi əməkdaşlığı gücləndirmək, çoxmillətli şəraitdə planlama və icra etmə zamanı əməliyyat imkanlarını artırmaq, müttəfiq ölkələrlə idarəetmə vasitələrini inkişaf etdirmək, Qara dəniz bölgəsində sabitlik və təhlükəsizliyin qorunmasına töhfə verməkdir. /APA