XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 August 2019 - 12:35

Xəttə daha 2 yeni qatar buraxılacaq –“Bakı Metropoliteni”

“Bakı Metropoliteni” QSC xəttə daha 2 yeni qatar buraxacaq.

Bu barədə  QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, artıq bu gündən etibarən qatarların tənzimləmə işlərinə başlanılıb, bu işlər bitdikdən sonra sınaq tənzimləməsi aparılacaq və qatarlar xəttə buraxılacaq.

“Avqustun sonunda daha 2 qatar Rusiyadan Azərbaycana yola salınacaq. Hazırda istehsal prosesi yekunlaşmaq üzrədir. Beləliklə, yeni qatarların ümumi sayı 11 olacaq ki, bu da yeni tədris mövsümündə sərnişin daşımalarda əhəmiyyətli dərəcədə hiss olunacaq”, – deyə B. Məmmədov.

Qeyd edək ki, qatarlar Rusiyanın “Metrovaqonmaş” şirkəti tərəfindən istehsal olunur. /APA