XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Avqust 2019 - 14:55

“Qarabağ”ın Çempionlar Liqasının pley-offundakı mümkün rəqibləri müəyyənləşib

Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

APA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə III təsnifat mərhələsinin 10 cütü və yarışa pley-offdan başlayacaq 2 klub iştirak edib.

Püşkə əsasən, Çempionlar yolunda 4, Liqa yolunda 2 cütlük müəyyənləşib. Avqustun 20-21-də və 27-28-də keçiriləcək pley-offun Çempionlar yolunun püşkündə 6 cütlük və 2 klubun rəqibləri bəlli olub. Liqa yolunda isə 4 cütlük üçün rəqiblər müəyyənləşib.

Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibləri bilinib. Ağdam klubunun III təsnifat mərhələsində Kipr APOEL-i ilə təşkil etdiyi cütün bəxtinə PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) cütü düşüb. Bu iki cütün qalibi pley-offda Çempionlar Liqasının qrupuna vəsiqə uğrunda mübarizə aparacaq, uduzan isə Avropa Liqasının qrupuna düşəcək.

APOEL – “Qarabağ” cütünün qalibi ilk oyunu evdə keçirəcək.

Çempionlar Liqası
Pley-off mərhələsi
Çempionlar yolu

“Dinamo” (Xorvatiya)/”Ferensvaroş” (Macarstan) – “Maribor” (Sloveniya)/“Rusenborq” (Norveç)
ÇFR (Kluj, Rumıniya)/”Seltik” (Şotlandiya) – “Slaviya” (Çexiya)
“Yanq Boyz” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya)/“Kopenhagen” (Danimarka)
APOEL (Kipr)/“Qarabağ” (Azərbaycan) – PAOK (Yunanıstan)/“Ayaks” (Hollandiya)

Liqa yolu

“Bazel” (İsveçrə)/LASK (Avstriya) – “Brügge” (Belçika)/“Dinamo” (Kiyev, Ukrayna)
“Başakşəhər” (Türkiyə)/“Olimpiakos” (Yunanıstan) – “Krasnodar” (Rusiya)/“Portu” (Portuqaliya)