XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Avqust 2019 - 15:55

Sumqayıtda ağacın budağı 10 yaşlı qızın başına düşdü- Vəziyyəti orta-ağırdır

Sumqayıt şəhərinin 12-ci mikrorayonunda 10 yaşlı qızın başına ağac budaqları sınıb tökülüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub:

“Xəstə hazırda reanimasiya şöbəsində müalicə olunur, huşu aydındır. Vəziyyəti orta-ağırdır”.