XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

05 Avqust 2019 - 16:45

Rusiyada hərbi hissədə partlayış olub – VİDEO

Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində hərbi hissənin ərazisində partlayış və yanğın baş verib.

Vahid Dispetçer Xidmətinin məlumatında bildirilir ki, bütün rəhbərlik hadisə yerinə yollanıb. Təxliyyə haqda hələlik məlumat yoxdur. Hadisə baş verən ərazinin yaxınlığında Kamenka kəndi yerləşir.

İlkin məlumata görə, yanğın artilleriya anbarında qeydə alınıb. Yanğının mərmi partlaması nəticəsində baş verdiyi bildirilir.

Açinsk şəhərinin yerli hökumət nümayəndələri əhaliyə hərbi hissə tərəfə getməməyi məsləhət görüb.  /APA