XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

05 Avqust 2019 - 20:15

Jozep Borreli Aİ-də ali nümayəndə olacaq- Bu postda Moqerinini əvəzləyəcək

Avropa İttifaqı (Aİ) Şurası İspaniyanın sabiq Xarici İşlər naziri Jozep Borreli Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi vəzifəsinə təsdiq edib.

APA-nın xəbərinə görə, bu barədə Aİ Şurasının iyulun 31-də qəbul edilən qərarında deyilir.

“Avropa İttifaqı Şurası Jozep Borreli 2024-cü ilin oktyabrın 31-dək xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi vəzifəsinə təyin etmək qərarına gəlib”, – qərarda deyilir.

Qeyd edək ki, bu qərar texniki xarakter daşıyır, çünki J. Borrelin vəzifənin icrasına başlaması üçün sentyabrın sonu – oktyabrın əvvəli Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

Hazırda bu vəzifəni Federika Moqerini icra edir.