XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Avqust 2019 - 13:15

Rusiyada hərbi hissənin anbarında baş verən yanğın söndürülüb –Sakinlərin yaşayış məntəqələrinə təxliyəsinə qərar verilib

Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində hərbi hissənin artilleriya anbarında baş verən yanğın tam söndürülüb. 

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi-nəqliyyat aviasiyasının “İl-76” təyyarələri və ordu aviasiyasının “Mi-8” helikopterləri anbardakı yanğının söndürülməsinə cəlb ediliblər.

Qeyd edək ki, ötən gün Krasnoyarsk diyarının Açinsk şəhərində hərbi hissənin ərazisində partlayışla müşayiət olunan yanğın baş verib. Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Anbarın yaxınlığında yerləşən yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə qərar verilib. /APA