XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

06 Avqust 2019 - 15:20

İran smart bombalarını təqdim etdi –FOTO

İran “Yasin”, “Balaban” və “Qaim” idarə olunan və smart bombalarının təqdimatını keçirib.

Təqdimat mərasimində çıxış edən İranın müdafiə naziri Əmir Hatəmi bombaların xüsusiyyətlərinə diqqət çəkib.

Nazir bildirib ki, “Balaban” smart bombası qatlanan qanadlarla təchiz olunub. Bu bomba buraxıldıqdan sonra qanadlar açılır və hədəfə doğru hərəkət edir.

“Yasin” bombası isə uzaqmənzilli idarə olunan bombadır və 50 kilometr məsafədən buraxıla bilər.

“Yasin bombası sərnişinli və sərnişinsiz təyyarələrə quraşdırıla bilər”.

Ə.Hatəmi deyib ki, yeni nəsil “Qaim” optik bombaları PUA, helikopter və qırıcı təyyarələrə quraşdırıla bilər. Bu bombalar istehkamları, hərəkət edən hədəfləri məhv etmək iqtidarındadır:

“Bu bombalar çəkiləri və fərqli dağıdıcılıq qabiliyyətinə görə, müxtəlif PUA-lar, o cümlədən “Shahed 129”, “Hemase” və “Mohajer 6” pilotsuz uçan aparatlar üzərində quraşdırıla bilər. /Trend