XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Avqust 2019 - 18:33

Paytaxtın bu hissəsində hərəkət bağlı olacaq- Sabah

Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah səhər saat 8:00-dən Abdulla Şaiq küçəsindən Nəriman Nərimanov prospektinə keçid üçün nəzərdə tutulmuş geriyə dönmə yeri nəqliyyat vasitələrinin hərəkətinə bağlanacaq.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, sürücülərdən alternativ yol kimi Fuad İbrahimbəyov küçəsindən istifadə etmələri xahiş olunur. Təmir-tikinti işlərinin günün sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Dəyişikliklə əlaqədar 6 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar Fuad İbrahimbəyov küçəsindəki ikinci geriyə dönmədən istifadə etməklə hərəkət edəcəklər.