XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 August 2019 - 22:12

Bu günə olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib- Səbəbi məlum deyil

Avqustun 6-da həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.

Azərtac Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər verir ki, “FlyDubai” aviaşirkətinin yerli vaxtla saat 21:50-də “FZ 8945” saylı Dubaydan Bakıya uçuşu ləğv olunub. Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 22:50-də Bakıdan Dubay istiqamətində “FZ 8946” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilməli idi.

Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən ləğv edildiyi məlum deyil.