XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

06 Avqust 2019 - 23:34

Xalq artisti Əjdər Həmidov avtomobili ilə Gəncədə qəza törədib- FOTO

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, avtoqəza Heydər Əliyev prospekti ilə Mərdan Musayev küçəsinin kəsişməsində qeydə alınıb.

Bildirilir ki, yol qəzası zamanı “Chery Tiggo”, “Mercedes Vito” və “VAZ 2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Yol qəzasının səbəbləri hazırda polis tərəfindən araşdırılır.

Qeyd edək ki, “Chery” markalı avtomobili xalq artisti, aktyor Əjdər Həmidov idarə edirmiş.