XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 August 2019 - 09:49

Azərbaycanda 87 uşaq cinayət nəticəsində ölüb- Dəhşətli statistika

Azərbaycanda 2018-ci ildə törədilən cinayətlər nəticəsində 87 uşaq ölüb.

Strateq.az Trend-ə istinadla xəbər verir ki, ölən uşaqların 64-ü oğlan, 23-ü qız olub.
Ümumilikdə, 2018-ci ildə törədilən cinayətlər nəticəsində 7304 nəfər xəsarət alıb ki, onun 4965-i kişi, 2339-u qadın olub. Xəsarət alanların 166-sı oğlan, 68-i qız olmaqla, 234-ü uşaq olub.
Ötən il törədilən cinayətlər nəticəsində 1226 nəfər ölüb. Onların 895-i kişi, 331-i qadın olub.