XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

07 Avqust 2019 - 10:17

İxtisas seçimi başa çatdı:cavablar bu tarixdə açıqlanacaq

2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmaq üçün ixtisas seçimi başa çatıb.

Bu barədə Strateq.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, ümumilikdə 58 289 nəfər bu imkandan istifadə edib.
I ixtisas qrupu üzrə 15 223 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 17 031 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (15 101 abituriyent müsabiqə şərtini ödəyib).

II ixtisas qrupu üzrə 14 181 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 14 044 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (10 166 abituriyent müsabiqə şərtini ödəyib).

III ixtisas qrupu üzrə 11 271 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 18 265 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (17 465 abituriyent müsabiqə şərtini ödəyib).

IV ixtisas qrupu üzrə 3 710 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 4 460 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (4 082 abituriyent müsabiqə şərtini ödəyib).

V ixtisas qrupu üzrə 3 462 plan yeri ayrılıb. 5 278 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib.
Eyni zamanda bu il ümumilikdə 46 814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib.

Nəticələrin 8 avqustda elan olunacağı gözlənilir.