XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

18 Yanvar 2016 - 12:49

“Bütün millət vəkilləri, eləcə də sabiq deputatlar maaşlarını tam şəkildə alıblar” – [color=red]Milli Məclisdən açıqlama

"Bütün millət vəkilləri, eləcə də sabiq deputatlar maaşlarını tam şəkildə alıblar".

Bu sözləri Axar.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. O, mətbuatda millət vəkillərinin maaşlarını ala bilmədikləri barədə yayılan məlumatların heç bir əsasının olmadığını deyib: 

“Heç bir millət vəkilinin ötən ildən maaşı qalmayıb, bu məlumatlar həqiqəti əks etdirmir”. 

Qeyd edək ki, Milli Məclis üzvlərinin bəzilərinin iki aylıq, həmçinin parlamentin səlahiyyət müddəti bitmiş üzvlərinin onlar üçün nəzərdə tutulan maaşı (deputat maaşının 80%-i) ala bilmədikləri barədə xəbər yayılıb.