Avqustun 7-də “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin təntənəli açılış mərasimi baş tutub.
Strateq.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, mərasimdə yarışlara qatılan komandaların üzvləri, nümayəndə heyətləri və rəsmi şəxslər üçün maraqlı konsert proqramı təqdim olunub.