XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

07 Avqust 2019 - 14:00

Gürcüstanın Təhsil Nazirliyi:"Azərbaycanlı abituriyentlərin ali məktəblərə qəbul qaydaları dəyişməyəcək"

Gürcüstanda 2020-ci ildən başlayaraq vahid milli imtahanlar yeni model üzrə keçiriləcək.

Bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

Yeni modelə əsasən, imtahanların sayı 4-dən 3-ə qədər azaldılıb. Bununla yanaşı abituriyentlərin tənqidi düşüncə, məlumatın adekvat emalı, məntiqi və arqumentli düşüncə kimi vacib bilikləri də yoxlanılacaq.

Gələn ildən abituriyentlər üçün mütləq fənn – gürcü dili və ədəbiyyatı, ingilis dili olacaq. Üçüncü fənn isə abituriyentlərin seçdikləri texniki və ya humanitar sahədən asılı olaraq dəyişəcək.

Gürcüstanın ali məktəblərinin dördüncü imtahan təyin etmək hüququ da olacaq.

Azərbaycanlı və erməni abituriyentlərin ali məktəblərə qəbul qaydalarına isə heç bir dəyişiklik edilməyəcək və imtahanlar köhnə formata uyğun keçiriləcək.

Qeyd edək ki, qüvvədə olan qaydalara əsasən, Gürcüstanda tələbə adını qazanmaq üçün abituriyent 4 imtahan verməlidir. Gürcü dili və ədəbiyyatı, ümumi biliklər və xarici dili üzrə imtahanlar mütləqdir. Dördüncü imtahan isə seçimə görə ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, kimya, fizika, biologiya, təsviri və tətbiqi incəsənət üzrə olur. /Report